Tehranın çanaq antenalarına qarşı mübarizəsi davam edir. Ötən aylarda ölkənin bir sıra şəhərlərində, eləcə də Güney Azərbaycanda bu qurğuların yığışdırılması kampaniyası keçirilib. Minlərlə antena tankların tırtılları altına atılıb.
Lent.az-ın GünAzTV-yə istinadən məlumatına görə, Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə şəhərində peyk antenalarına qarşı polis hücumu yeni vüsət alıb. Ötən gün keçirilən əməliyyatda onlarla peyk antenası polis tərəfindən yığışdırılıb.
Polislər məhkəmə hökmü olmadan evlərə daxil olub və axtarış aparıb. Bu isə əhalinin xüsusi narahatlığına səbəb olur.
Qeyd edək ki, son həftələrdə Şiraz və Həmədanda da peyk antenalarının yığışdırılmasında xüsusi fəallıq müşahidə olunub. Şirazda minlərlə antenanı tanklar altında əzdilər.