Tehranda İran-ABŞ ticarət Palatası qeydə alınıb
15 oktyabr 2013 05:13 (UTC +04:00)

Tehranda İran-ABŞ ticarət Palatası qeydə alınıb

Tehranda Qeyri-Hökumət Təşkilatı kimi İran-Amerika ticarət palatası rəsmi qeydiyyata alınıb.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, İslam Respublikası Mərkəzi Bankının sədri Vəliulla Seyf Tasni agentliyinə müsahibəsində bildirib.

 

Məlumata əsasən, bu ilk növbədə İran əsilli ABŞ iş adamlarının İranda fəaliyyətini asanlaşdırmaq məqsədi ilə edilib.

 

Bu ideyanın gerçəkləşməsinə qarşı olanlar da var. İran İxracatçılar Konfederasiyasının sədri Əsədulla Əsgərövladi bildirib ki, iki ölkə arasında siyasi münasibət normallaşmayanadək belə ticarət palatasının heç bir önəmi yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar