Polisin İstanbulda Taksim meydanı və Gezi Parkındakı aksiyaçılara müdaxiləsi bazar günü də davam edib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından isə Taksim meydanı piyadaların girişi üçün açılıb, ancaq meydana avtomobillərin daxil olmasına hələ də icazə verilmir.
Hazırda bələdiyyə işçiləri meydanda təmizlik işləri aparır.