Orucluğun başlaması münasibəti ilə Suriya müxalifətinin yeni seçilmiş lideri Əhməd əl Carba Bəşar Əsəd Homsda hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciət edib.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, o, Dəməşq rejiminin müxaliflərinə ağır hərbi texnikanın veriləcəyinə ümidvar olduğunu bildirib. Koalisiya sədri deyib ki, əgər qərb dövlətləri və ərəb ölkələri müxalifətin cağdaş silahlar almasına yardım etməsə «qurtuluşçuların» vəziyyəti daha da ağırlaşacaq.
Suriyada müxalifət də təmsil olunan yerli «müsəlman qardaşları» hərəkatı da qərb dövlətlərinə silahlanma ilə bağlı müraciət edib.
O, qeyd edib ki, Qərb müxalifəti uzun müddətdir mənəvi dəstək verir: «Nəhayət onlar silahlı üsyana başlamağı boyun oldu. Ancaq indiyə kimi onların bu yöndə bəyanatları söz olaraq, qalmaqdadır».
Suriya islamçılarının təmsilçisi ABŞ və Avropa Birliyi dövlətlərini demokratik yolla seçilmiş, dəstəkləyəcəklərini boyun olduqları Misir prezidenti Məhəmməd Mursini «satdıqlarını» söyləyib. Onlar bildirib ki, beynəlxalq ictimaiyyətin bu davranışı islamçı ektremistlərin «kəskin güclənməsinə səbəb olacaq».