Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov maraqlı bəyanat verib.
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Stokholmda keçirilən “Qlobal Strateji İcmal” konfransında çıxış edən Sergey İvanov deyib ki, ərəb xalqlarının dəyişiklik, daha azad həyat yönündə cəhdlərini dəstəkləyir.
Bununla belə, Sergey İvanov ərəb xalqlarının demokratik cəmiyyət quruculuğuna nail olmağı bacaracaqlarını inanmadıqlarını dilə gətirib: “Ancaq biz yaxşı başa düşürük ki, ərəb xalqları sürətlə Avropa demokratiyası tipli demokratiyaya keçməyi bacarmayacaqlar. Hətta mümkündür ki, ümumiyyətlə, ərəb xalqları heç vaxt belə demokratiya modelinə keçməyi bacarmasınlar. Müasir dünyada digər xalqların hüquqlarına, digər sivilizasiyaların öz talelərini müstəqil müəyyənləşdirilməsinə hörmətlə yanaşmadan harmoniyaya nail olmaq mümkün deyil. Hələ yarım il əvvəl Sinqapurda konfransda çıxışım zamanı “Ərəb baharı” eyforiyasının qorxulu olduğunu söyləmişdim. Demişdim ki, “Ərəb baharı”ndan sonra “Ərəb payızı” və “Ərəb qışı” gələ bilər. Təəssüf ki, Tunis, Liviya, Misir və müəyyən dərəcədə Malidəki hadisələri hərtərəfli və obyektiv analiz etsək, bu proqnozun özünü doğrultduğunun şahidi olarıq. Münaqişələrin tənzimlənməsi zamanı konyuktur mövqe, seçki kampaniyasına hesablanan keçici maraq yox, strateji baxış əsas götürülməlidir”.