Fransa məhkəməsi keçmiş prezident Nikolya Sarkoziyə qarşı irəli sürülən «Betankur işi»-nin xətm edilməsi barədə hökm çıxarıb.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, bu haqda «lö Fiqaro» qəzeti xəbər yayıb.
Qəzet yazıb, məhkəmə keçmiş prezidentə qarşı irəli sürülən ittihamların «yetərincə inandırıcı» olmadığını bildirib.
Xatırladaq ki, bu ilin martında ona qarşı rəsmi araşdırmaya başlanılmışdı. N.Sarkozi 2007-ci ildə keçirilmiş prezident seçkisi kampaniyasında örtülü maliyyə yardımından istifadə etmək də suçlu bilinirdi. O, «L'Oreal» kosmetik firmasının varisi Lilian Betankurun min avroluq ianəsini qəbul etməklə seçki haqqında qanunu pozmaqda ittiham olunurdu.
Prokurorluq bildirmişdi ki, keçmiş prezident Betankurun yaşından «sui-istifadə» edərək, «öz xeyrinə maliyyə» yardımını alıb.