Mayın 28-də Britaniya taxt-tacının varisi Uels şahzadəsi Çarlzın Ermənistana özəl səfər edəcəyi gözlənilir.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, Britaniyanın İrəvandakı səfirliyi isə bundan xəbərsiz olduğunu bildirib.
Mənbənin məlumatına əsasən, indiyə kimi Britaniya kral ailəsi Ermənistana səfər etməyib.