Saentologiya kilsəsinin rəhbəri dələduz çıxdı
17 oktyabr 2013 06:32 (UTC +04:00)

Saentologiya kilsəsinin rəhbəri dələduz çıxdı

Fransa Appleyasiya məhkəməsi saentoligiya kilsəsinin şikayətini rədd edərək, bu təşkilatın rəhbərliyini «mütəşəkkil dələduzluq»da suçlu bilib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, təşkilatın təmsilçisi Erik Ru deyib: «Məhkəmənin cəsarətli qərar verməkdən çəkindiyi aşkar görünür. Qərar çıxararkən təzyiqlərdən yayınmaq üçün belə məsələlərin Strasburqdakı insan haqları məhkəməsinə verilməsi vacibdir. Bizim təlim bir ölkədə din olduğu halda, başqasında yasaqlana bilməz. Hakimiyyət dindən canını qurtarmaq istəyəndə, onu «təriqət» adlandırır».

 

Fransada saentologiya kiləsi ilə bağlı məhkəmə 2009-cu ildən başlayıb.

Kilsənin rəhbərini 30 min avro məbləğində cərimələnib və 2 il azadlıqdan məhrum olunub.

 

Xatırladaq ki, saentologiya «elmlər elmi» kimi tərcümə edilib. Bu ideya elmlə dini baxışları özündə cəmləşdirməyə çalışır. Kilsə 1954-cü il fevralın 18-də Los – Ancelosda amerikalı yazıçı Ron Habbard tərəfindən yaradılıb. Almaniyada bu kilsə psxokulta və təriqətə, İspaniya və Fransada dini təriqətə aid edilib. Yunanıstanda onun fəaliyyəti qadağan olunub. İngiltərədə isə ticarət təşkilatı kimi fəaliyyət göstərməkdədir.

 

Bu təlimin 10 milyona yaxın  davamçısı olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1484
avatar

Oxşar yazılar