Rusiyada hakim partiyanın sabiq deputatı killer qrupunun üzvü çıxıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Andrey Çabanov Vahid Rusiya Partiyasının Rostov Şəhər Dumasında deputatı olub.
Avtoritet Dmitri Lesnyakovun lideri olduğu qrupun üzvü olan Andrey Çabanova qarşı qətl və mütəşəkkil cinayətkarlıqla bağlı ittiham irəli sürülüb və “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib. Bu killer qrupu 20 nəfəri qətlə yetirib. Andrey Çabanov Dmitri Lesnyakovla dost olub. Killer qrupu həm də Andrey Çabanovun tikinti biznesinə himayədarlıq edib. 2008-ci ildə Andrey Çabanovun Soçidə biznesdə rəqibi olan iş adamı da bu killer qrupu tərəfindən qətlə yetirilib. Andrey Çabanovun Tailandda gizləndiyi ehtimal edilir.