Rusiyanın Panamadakı vitse-konsulu bıçaqlandı
12 oktyabr 2013 17:11 (UTC +04:00)

Rusiyanın Panamadakı vitse-konsulu bıçaqlandı

Rusiyanın Panamadakı vitse-konsulu Yevgeni Manilov bıçaqlanıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 11-də səhər saatlarında Panama paytaxtında Rusiya səfirliyinin icarəyə götürdüyü binada baş verib.

 

Yevgeni Manilov və konsulluğun başqa bir əməkdaşı binadan çıxarkən küçədə bir gənc onlara yaxınlaşıb və vitse-konsulun qarnına bıçaq zərbəsi endirib. Vitse-konsulu bıçaqlayan şəxs mühafizəçilər tərəfindən yaxalanıb. Yevgeni Manilov xəstəxanaya yerləşdirilib və üzərində cərrahi əməliyyat aparılıb. Vitse-konsulun həyatı üçün təhlükə yoxdur.

 

Aparılan araşdırma nəticəsində məlum olub ki, vitse-konsulu bıçaqlayan şəxs Ukrayna vətəndaşı, Odessada anadan olmuş 1991-ci il təvəllüdlü Aleksey Lisovenkodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar