Rusiyalı jurnalist Türkiyədən qovulacaq
15 iyun 2013 07:16 (UTC +04:00)

Rusiyalı jurnalist Türkiyədən qovulacaq

Rusiya jurnalisti Arkadii Babçenko barəsində iyunun 15-də məhkəmə qərar çıxaracaq.

 

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, Rusiyanın İstanbuldakı baş konsulu bildirib ki, jurnalistin səhhəti qaydasındadır. O, deyib ki,  jurnalistin ölkəsinə deportasiya ediləcəyini ehtimal edir.

 

Xatırladaq ki, rusiyalı jurnalist Arkadi Babçenko İstanbulun Taksim meydanında saxlanılıb.


 

O, polis maşınlarının  şəklini çəkərkən tutulub. Jurnalistin bildirdiyinə görə,  mülki geyimdə olan bir qrup polis əməkdaşı yaxınlaşaraq onu saxlayıb. 

Məlumata görə, polislər Babçenkonun pasportu və başqa sənədləri götürüb, onun özü isə xəstəxanaya aparılıb. Xəstəxanada onun polis nəzarətinə götürüldüyü bildirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar