Rusiyalı diplomatı Hollandiya polisi tutub
09 oktyabr 2013 06:02 (UTC +04:00)

Rusiyalı diplomatı Hollandiya polisi tutub

Rusiyanın diplomatik nümayəndəliyinin səfir-müşavirini Niderland polisi saxlayıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu «bütün diplomatii konvensiyaların pozulması» kimi dəyərləndirib.

 

«Son günlər Niderlandla bağlı baş verənlərin «Greenppeace» ilə əlaqəsi yoxdur. Ancaq qapısı güc yolu ilə açılan rusiyalı diplomata münasibət yolverilməzdir»-deyə, nazir bildirib.

 

Xatırladaq ki, ötən gün Rusiyanın bu ölkədəki səfirliyinin binasına basqın edildiyi və diplomatın döyüldüyü haqda xəbər yayılmışdı.

 

Qeyd edək ki,  Hollandiyanın Xarici İşlər Nazirliyi Niderlandın bayrağı altında üzən «Artik Sanrayz» gəmisinin saxlanılmasını BMT-nin Konvensiyasına əsasən qanunsuz saydığın bildirmiş və heyətin azad edilməsini Moskvadan istəmişdi.

 

Bir müddət öncə də Hollandiya hakimiyyəti Rusiyadan gəminin və heyətinin buraxılmasını istəmişdi. Tələbi təmin olunmayacağı halda krallıq Rusiyanın beynəlxalq məhkəməyə verəcəyini bildirib.

 

«Qrinpis»in «Arktik Sanrayz» gəmisinin 30 nəfərlik komandasına  qarşı Rusiyada «quldurluq» maddəsi ilə iş açılıb və onlara qarşı ittihamlar təsdiqlənəcəyi halda 10 ildən 15 ilədək iş kəsilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar