Rusiyalı diplomat: «Dəməşqdə görüşlər məhsuldar keçir» - YENİLƏNİB
18 sentyabr 2013 02:21 (UTC +04:00)

Rusiyalı diplomat: «Dəməşqdə görüşlər məhsuldar keçir» - YENİLƏNİB

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyaya səfəri zamanı görüşün birinci gününün «məhsuldar keçdiyin» söyləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib: «Biz suriyalı həmkarlarımıza Sergey Lavorv və Con Kerri arasında sentyabrın 12-14-də Cenevrədə əldə edilmiş razılaşmanın detallarını təqdim etdik. Suriya tərəfi maraqlandıran suallara aydınlıq gətirdik».

 

Onun sözlərinə əsasən, danışıqlarda əsas ağırlığı Suriyadakı kimyəvi silahların təhvil verilməsi məsələsinə verilib.

 

***

00.10

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov kimyəvi silahların ləğvi planını müzakirə etmək üçün Suriyaya səfər edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rusiyalı diplomat Suriya xarici işlər nazirinin müavini Feysal Mikdadla görüşüb.

 

Onun XİN başçısı Valid Müəllimlə də görüşəcəyi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar