Bu gün Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusu partladılıb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
Yaralılardan 7-nin durumu ağırdır. Terror, qətl və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb. Hadisə yerində operativ-təhqiqat qrupu çalışır. Polis yaxın ətrafdakı yollarda hərəkəti dayandırıb.