Rusiyada cinayət işlərinin yarısı açılmayıb
09 fevral 2013 04:50 (UTC +04:00)

Rusiyada cinayət işlərinin yarısı açılmayıb

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının fəaliyyətini sərt şəkildə tənqid edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rəsmi açıqlamaya əsasən, cinayət işlərinin  44,4  faizi hələ də açılmayıb.

 

Prezidentin fikrincə, bu, daxili işlər orqanlarının səmərəsiz fəaliyyətinin göstəricisidir.

 

«Rusiya üzrə cinayətlərin 45 faizi açılmayıb. Bu isə hər iki işdən biri deməkdir» - deyə, Putin Daxili İşlər Nazirliyinin ilik kollegiya iclasında bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar