Sakinləri qul şəraitində yaşayanlar arasında Rusiya 49-cu yerdədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, çağdaş qullar haqqında məruzəyə («Global Slavery Index 2013») əsasən, dünyada uyğun şərtlər altında yaşamayan 30 milyona yaxın insan var.
Aparılan araşdırmalarda bildirilib ki, Rusiyada qul şəraitində yaşayanların, borcları asılılığında olanların və uyğun olmayan işlərdə çalışanların sayı 540 minədəkdir. Əhalisinin say fərqinə baxmayaraq, Moldovada da o sayda qul yaşayır.
Bu göstəriciyə görə, Moldova keçmiş sovet respublikaları arasında ən yüksəkdə, altıncı yerdədir.
Hindistan 14 milyon qul yaşayır. Bu ölkə 4-cü yerdədir. Siyahıya Suriya, Pakistan və Əfqanıstan başçılıq edir.