Rusiya polisi: İğtişaşlar nəzarət altına alınıb
14 oktyabr 2013 10:16 (UTC +04:00)

Rusiya polisi: İğtişaşlar nəzarət altına alınıb

Rusiya polisi Moskvanın cənubunda baş verən hadisəni nəzarət altına alıb.


 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Moskvanın Cənub dairəsinin polis rəisi Aleksanr Polovinko bildirib. Onun sözlərinə görə, saat 23:00-a olan məlumatda Cənub dairəsinin bütün rayonları polis nəzarətinə götürülüb.

 

Oktyabrın 10-da qətlə yetirilən paytaxt sakini 25 yaşlı İqor Şerbakovun qatilinin tapılmamasına etiraz edən yüzlərlə rus milliyyətçisi - “skinhed” oktyabrın 13-də Brulyova rayonunda yerləşən “Biryuza” Ticarət Mərkəzinə hücum edib. “Skinhed”lər Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edərək onları vəhşicəsinə döyüblər.

 

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus milliyyətçiləri polislərə də müqavimət göstəriblər. Daş-kəsək və dəmir alətlərlə onlara xəsarət yetirilib.

 

Qeyd edək ki, oktyabrın 10-da çoxlu sayda bıçaq zərbəsi ilə qətlə yetirilən İqor Şerbakovun qatili hələ də tapılmayıb.

 

Qətli qeyri-slavyan mənşəli, qafqazlı görkəmli şəxsin törətdiyi bildirilir. Qatilin hələ də tapılmamasına etiraz edən yüzlərlə rus milliyyətçisi paytaxtda yaşayan qeyri-slavyanlara qarşı hədə-qorxu və milli zəmində sərt irqçi şüarlar səsləndiriblər. Hazırda Brulyova rayonunda küçələrdə qeyri-slavyan görkəmli şəxslərin gəzməsi təhlükəli hesab olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836
avatar

Oxşar yazılar