Dağıstan Respublikası və Rusiya Federasiyasının digər regionlarında bir sıra terror aktları törətməsi ehtimal olunan Krasnoyarsk şəhər sakini Dmitri Sokolov axtarışa verilib. Lent.az-ın Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 20 yaşlı Sokolov 2012-ci ilin dekabrından Moskva vilayətinin Mıtişi şəhərində itkin düşən şəxs kimi axtarışda olub.
Dağıstan Daxili İşlər Nazirliyi məlumatı olan vətəndaşlarından onun yerini demələrini xahiş edib.
Qeyd edək ki, Dmitri Sokolov terrorçu kamikadze Naida Asiyalovanın ikinci əridir. Asiyalova Volqoqradda sərnişin avtobusunda özünü partladaraq, 7 nəfərin, o cümlədən, özünün həyatına son qoyub.