Rusiya Abxaziyaya 2013-cü ildə maliyyə yardımını artırıb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini Aleksandr Xloponin Suxumidə jurnalistlərə bildirib.
Onun sözlərinə əsasən, Abxaziyaya yardım 628 milyon rubl artaraq 2013-cü ildə 1 milyard 83 milyon rubl təşkil edib.