Rusiya: “Əsədin dələduzluq etdiyini bilsək...”
21 sentyabr 2013 15:27 (UTC +04:00)

Rusiya: “Əsədin dələduzluq etdiyini bilsək...”

“Əgər Suriya prezidenti Bəşər Əsədin dələduzluq etdiyini bilsək, o halda mövqeyimiz dəyişə bilər”.

 

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Stokholmda keçirilən “Qlobal Strateji İcmal” konfransında çıxış edən Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bəyan edib.

 

Sergey İvanov nəzəri olaraq kimyəvi silahın həm rəsmi Dəməşq, həm də müxaliflər tərəfindən tətbiqi ilə bağlı variant üzərində də düşünməyə çağırıb: “Təsəvvür edirsiniz ki, dünya ictimaiyyəti bu halda nə etməlidir? Rusiya hazırda Suriyada yaranmış mürəkkəb vəziyyətdə yalnız diplomatiyaya, danışıqlara üstünlük verir. Suriyaya xarici müdaxilə olarsa, müxalifət hakimiyyətlə danışıqların aparılmasında maraqlı olmayacaq. Müxaliflər hesab edəcəklər ki, ABŞ Liviyadakı kimi bombalayacaq, onlara qələbə üçün asan yol açılacaq”.

 

Sergey İvanov Suriyada müxalifət cəbhəsində daha böyük döyüş qabiliyyətinə malik, “Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nusra Camaatı” qruplaşmasını da yada salıb: “Bu qruplaşmanın tərkibində dünyanın müxtəlif yerlərindən gəlmiş radikallar döyüşür. Mahiyyətcə bu insanlar İraq və Əfqanıstanda ABŞ və NATO-ya qarşı, Çeçenistanda bizə qarşı, Malidə fransızlara qarşı döyüşüblər.  Bir ölkədə ekstremistlərlə mübarizə aparıb, digər ölkədə onları necə silahlandırmaq olar?”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar