Ruhani Obamanın çağırışından məmnundur
19 sentyabr 2013 07:51 (UTC +04:00)

Ruhani Obamanın çağırışından məmnundur

İslam Respublikasının prezidenti Həsən Ruhani «NBC»-yə müsahibəsində ABŞ prezidenti Barak Obamanın çağrışını məmnunluqla qarşıladığını bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ruhani deyib: «Fikrimcə, məktubun tonu müsbət və konstruktivdir».

 

 

Xatırladaq ki, sentyabrın əvvəlində Obama və Ruhani məktub mübadiləsi edib. Tərəflər Suriyadakı vəziyyət və İranın atom-nüvə proqrammı ətrafında öz mövqelərini çatdırıblar.

 

İran hökumətinin başçısı müsahibəsində nüvə proqramının hərb xarakterli olduğunu inkar edərək, deyib: «İran heç vaxt nüvə silahı yaratmayacaq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar