Ruhani Amerika qəzetinə məqalə yazdı
20 sentyabr 2013 15:03 (UTC +04:00)

Ruhani Amerika qəzetinə məqalə yazdı

İran prezidenti Həsən Ruhani “The Waşington Post” qəzetinə məqalə yazıb.  

 

Lent.az-ın verdiyi məlumata görə, Həsən Ruhani Tehranın dünya ictimaiyyəti ilə qarşılıqlı konstruktiv dialoqa hazır olduğunu bəyan edib.

 

Həsən Ruhani yazıb ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci iclasında bütün həmkarlarını az əvvəl İranda keçirilmiş prezident seçkilərinin yaratdığı münasib imkanlardan istifadə etməyə çağırır. O, İran hökumətinin Suriya hakimiyyəti və müxalifəti arasında dialoqu təmin etməyə hazır olduğunu vurğulayıb. İran prezidenti müasir dünyada “soyuq müharibə”yə yer olmadığını vurğulayıb: “Digərlərinin maraqlarını nəzərə almadan öz maraqlarını təmin etmək sağlam düşüncəyə ziddir. Hazırkı mərhələdə müxtəlif tərəflərin beynəlxalq münasibətlərdə nailiyyətlər əldə etməsi hərtərəfli faydalıdır. Lakin reallıq budur ki, birtərəfli hərəkət konstruktiv yanaşmanı üstələyir. İraq, Əfqanıstan, indi isə Suriya məsələsində bunu görürük. Suriya zorakılıq məkanına çevrilib, kimyəvi silah tətbiqini də pisləyirik. ABŞ-ın rəhbərliyi altında İraqa müdaxilə olundu və 10 il sonra görürük ki, hər gün onlarla insan həyatını itirir. Eyni hal Əfqanıstanda da mövcuddur. Birtərəfli yanaşma kobud güc tətbiqi və zorakılıq doğurur, terrorizm, ekstremizim və digər problemləri həll etmir”.

 

Həsən Ruhani hər kəsi Yaxın Şərq ölkələrində ümummilli dialoqu təmin etmək, region xalqlarının öz talelərini həll etmək üçün lazımi atmosfer yaratmaq yönündə əməkdaşlığa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49