Qvardiya komandanı Xamneyiyə qarşı
01 oktyabr 2013 04:40 (UTC +04:00)

Qvardiya komandanı Xamneyiyə qarşı

İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri sentyabrın 30-da jurnalistlərə ölkə prezidenti Həsən Ruhaninin Nyu-York səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə zəngləşməsinə münasibət bildirib.

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Frans press» bu haqda xəbər yayıb.

O, Ruhaninin BMT Baş assambleyasının sessiyası çərçivəsindəki fəaliyyətini müsbət qiymətləndirsə də, Ruhanin Obama ilə telefon danışığına etiraz edib: «Ruhaninin ABŞ prezidenti ilə telefonla danışması taktiki səhv idi. Bu telefon danışığı Amerikanın İran qarşısında əməli addımlar atmasından sonraya saxlansaydı, daha məqsədəuyğun olardı. Amerikanın rəftarına nikbin təsəvvürlə yanaşmağın özü bir növ sadəlövhlükdür. Çünki düşmənin dəyişməsinə hələ çox var.

Bu gün amerikalıların mövqeyi zəif olduğu üçün İran prezidenti ilə görüşməyə və ya onunla telefonla danışmağa ehtiyacları vardı. Ruhani Obama ilə görüşmədiyi kimi onunla telefonla danışmaqdan da imtina etməli idi».

Xatırladaq ki, qvardiyanın ali komandın İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyidir. Ruhani bildirmişdi ki, bütün danışıqlarla bağlı ölkəsinin ali rəhbəri ona səlahiyyət verib.

Mütəxəssislərin fikrincə, bu baxımdan Cəfərinin çıxışı ayətullah Xamneyiyə qarşı da sayıla bilər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Oxşar yazılar