Qubernator da Moskvada xüsusi miqrasiya rejimini dəstəklədi
21 oktyabr 2013 18:39 (UTC +04:00)

Qubernator da Moskvada xüsusi miqrasiya rejimini dəstəklədi

Moskva meri Sergey Sobyaninin Moskva şəhəri və Moskva vilayətində xüsusi miqrasiya rejiminin yaradılması barədə təklifi dəstəklənib.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyev deyib ki, vilayət səviyyəsində əmək miqrantları üçün kvotanın müəyyənləşdirilməsi və xüsusi miqrasiya rejiminin tətbiqi vacibdir.

 

Andrey Vorobyev bildirib ki, Rusiyadakı hər 3 qanuni miqrantın 1-i Moskva vilayətində məskunlaşıb, vilayətdə 4 milyon qeyri-leqal miqrant da var: “Bizim əsas məqsədimiz miqrasiya sferasında qayda yaratmaq, vilayətin tikinti, bazar və ərzaq bazalarının cinayətkarların təsir dairəsində olmasına yol verməmək, bizim iqtisadiyyatın tələblərinə cavab verən əmək miqrantlarının gəlməsinə nail olmaqdır. Biz vilayətə əmək miqrantlarının kvotasının müəyyənləşdirilməsi səlahiyyətinin verilməsi, Moskva şəhəri və vilayətdə xüsusi miqrasiya rejiminin tətbiqi ideyasını da dəstəkləyirik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027
avatar

Oxşar yazılar