Qərbi Azərbaycan əyalətinin başçısı Ermənistanda olub
08 oktyabr 2013 23:29 (UTC +04:00)

Qərbi Azərbaycan əyalətinin başçısı Ermənistanda olub

Ermənistan ərazi idarəetmə üzrə  baş nazirinin müavini Armen Gevorkyan Qərbi Azərbaycan əyalətinin icra başçısı Vahid Cəlalzadəni rəhbərliyi ilə ölkəsinə gələn iranlı nümayəndə heyətinin qəbul edib.

 

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, görüşdə erməni rəsmisi tərəflər bölgələrarası münasibətlərin inkişafında  İranın «dostluq rolunu» yüksək qiymətləndirib. O, qeyd edib ki, rəsmi İrəvan bu əlaqələri alqışlayır.

 

Baş nazirin müavini Armavir vilayətinə səfər edən Qərbi Azərbaycan olan nümayəndə heyətinin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni imkanların açılacağına əminliyini vurğulayıb.

 

V.Cəlalzadə bildirib ki, Adı çəkilən bölgə ilə əməkdaşlıq üçün daha böyük imkanların olduğunu bildirib.

 

O, prezident Həsən Ruhani hökumətinin də Ermənistanla əməkdaşlığı dərinləşdirməsinə üstünlük verdiyini söyləyib.

 

Vahid Cəlalzadə Gevrokyanı və  görüşdə iştirak edən Armavir vilayətinin icra başçısı Aşot Qəhrəmanyanı Qərbi Azərbaycana dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar