Qaçırılan baş nazir sərbəst buraxıldı - FOTO
10 oktyabr 2013 18:51 (UTC +04:00)

Qaçırılan baş nazir sərbəst buraxıldı - FOTO

Bu gün səhər paytaxt Tripolidə qaldığı “Corinthia” oteldən qaçırılan Liviya baş naziri Əli Zeydan sərbəst buraxılıb.

 

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Əli Zeydanın Müəmmər Qəddafinin devrilməsində iştirak etmiş və hazırda Tripolidə sabitliyin bərqərar edilməsi adı altında Daxili İşlər Nazirliyi üçün çalışan silahlı qruplar tərəfindən qaçırıldığı məlum olub.

 

Əli Zeydan daha sonra Daxili İşlər Nazirliyinin binasına aparılıb, günorta saatlarında isə sərbəst buraxılıb. Əli Zeydan deyib ki, onu qaçıranlar istefa verməsini istəyiblər. O, istefa verməyəcəyini, Liviyada konsesnsusa nail olmaq istiqamətində çalışacağını bildirib.

 

Qeyd edək ki, keçən həftənin şənbə günü ABŞ xüsusi xidmət orqanları “Əl-Qaidə” terror təşkilatının liderlərindən Ebu Enes əl-Libi Tripolidə yaxalayıb. Vaşinqton Ebu Enes əl-Libinin yaxalanması əməliyyatında Liviya hökumətindən dəstək aldığını açıqlayıb. “Reuters” agentliyi liviyadakı üsyançı qrupların Əli Zeydanı Ebu Enes əl-Libinin yaxalanmasına dəstək verdiyi üçün qaçırdığı barədə xəbər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar