Oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan Respublikasının dövlət başçısı Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Kremlin mətbuat xidməti bildirib.
«Vladimir Putinlə Nursultan Nazarbayev oktyabrın 24-də Minskdə keçiriləcək Avroasiya Ali İqtisadi Şurasına hazırlığı müzakirə edib» - deyə, məlumatda vurğulanıb.
Prezidentlər Rusiya –Qazaxıstan əməkdaşlığına dair aktual məsələlərdən də danışıblar.