Rusiya Prezidenti Vladimir Putin iyunun 4-də bildirib ki, Suriyaya «C-300» zenit-Raket Kompleksinin tədarükü ilə bağlı müqavilə gerçəkləşdirilməyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib: «Bu müqavilə bir neçə il öncə imzalansa da, ancaq hələ ki həyata keçirilməyib».
O, bu məsələ ilə bağlı bölgədə «tarazlığı pozmaq» istəmədiklərini də vurğulayıb.
Bu, Putinin Suriyaya «C-300» raket kompleksinin verilməməsi ilə bağlı ilk açıq çıxışıdır.
Xatırladaq ki, mayın 30-da ölkə televiziyasında Rusiyadan «C-300» qurğusunun ilk partiyasını alınması ilə bağlı Suriyadakı rejimin başçısı Bəşar Əsədin müsahibə verəcəyi elan olunmuşdu. Ancaq Əsəd uyğun bəyanatla çıxış etmədi. Bundan sonra onun müsahibəsi ilə bağlı çeşidli mülahizələr söylənildi. Bəziləri onun belə fikri söylədiyin, başqa biri ləri isə onun belə bir müsahibə vermədiyini söylədi. Bununla belə indiyə kimi Dəməşq rejimi məsələyə hələ də münasibət bildirməyib.