Kaliforniya ştatının polis şeriflərindən birinin köməkçisi əlində oyuncaq avtomat tutan 13 yaşlı oğlanı güllələyib.
Lent.az-ın «Assoşieyted Pres» agentliyinə istinadən məlumatına görə, polis yeniyetmənin əlindəki avtomatı gerçək «Kalaşniokov» zənn edib.
Asayiş keşikçilərinin təmsilçisi Denis O”Liri bildirib ki, oktyabrın 23-də 2 polis əlində avtomat silahı tutan bir oğlanı görüb. Onlar yeniyetmədən silahı yerə qoymağı tələb ediblər. Ancaq onun əmrə tabel olmasını gözləməyərək, atəş açıblar. Aldığı güllə yarasında yeniyetmə yerindəcə keçinib.
Öldürülən oğlanın atası Rodriqo Lopes oğlu Endinin əlində oyuncaq avtomat olduğunu deyib.
Yeniyetmənin polisləri təhrik etməsi araşdırılır.