Peterburqun hüquq-mühafizə orqanları Orta Asiyadan olan mühacirinin qətlini araşdırır. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Özbəkistandan olan miqrantın cəsədi noyabrın 4-də günün ikinci yarısı «Rıbastk» metro stansiyasının yaxınlığından aşkarlanıb.
Onu naməlum şəxslərin bıçaqladığı bildirilib. Özbəkistanlı kişi aldığı yaradan hadisə yerində keçinib.