Papa Rusun xristianlaşması tədbirinə qatılmayacaq
05 iyun 2013 06:47 (UTC +04:00)

Papa Rusun xristianlaşması tədbirinə qatılmayacaq

Roma Papası Frantsisk Kiyev Rusunun xristianlaşmasının 1025-ci ildönümü ilə bağlı Ukraynada keçiriləcək bayram tədbirinə qatılmayacaq və ora öz elçisini göndərəcək.  

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Ukrayna yunan-katolik kilsəsinin başçısı Svyatoslav Şevçuk açıqlama verib.

 

Kiyev Rusunun xristianlaşmasının 1025-ci illiyi ilə bağlı mərasim iyulun sonunda keçiriləcəyi planlaşdırılıb. Ancaq Ukrayna yunan-katolik kiləsi avqustun 18-də bununla bağlı tədbir keçirməyi nəzərdə tutub.

 

S.Şevçukun sözlərinə əsasən, onların keçiriləcəyi tədbirin tarixi qədim Kiyev ənənəsinə uyğundur.

 

Apreldə isə Ukraynan parlamenti Kiyev Rusunun xristianlaşmasının 1025-ci ildönümü ilə bağlı layihə qəbul edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar