Pakistan «Taliban» hərəkatı qadınların təhsili uğurunda mübarizə apardığı üçün sui-qəsd edilmiş məktəbli Məlal Yusifzayı ölümlə hədələyiblər.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «Skay nyus» telekanalı xəbər yayıb.
Nobel mükafatına namizədlərdən biri, 15 yaşlı Məlal ailəsi ilə birlikdə Britaniyadan sığınacaq alıb.
Sığınacağadək o, ailəsi ilə birlikdə Svat çayının vadisində yaşayıb. 2009-cu ildə ora taliban tərəfindən tutulub və onlar qızların təhsil almasını qadağan edib.
2012-ci ildə bu ərazi terrorçulardan təmizlənib. Məktəbdən qayıdarkən o, naməlum şəxslər tərəfindən güllələnib. Ağır yaralanmış yeniyetmə Britaniyanın Birmingem şəhərindəki hərbi hospitalda müalicə olunub.
Məlalın atası müəllim olub. O, həm də özəl məktəb şəbəkəsinin sahibidir. Məlal «BBC»-nin Pakistan xidmətinin saytındakı bloqunda təhsil bağlı təbliğat aparıb və bu yöndə talibana qarşı çıxış edib. Onun bloqu dünyada tanınıb. Bu yeniyetmə qız dini fanatizm və qadınların təhsili uğurunda mübarizənin simvoluna çevrilib.
Talıban onu həm də «kafir» elan edib.