Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətində intiharçının törətdiyi partlayış nəticəsində azı 8 nəfər həlak olub, 30-a yaxın sakin yaralanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həlak olanlar arasında əyalətin ədliyyə naziri İsrar Qandapur da olub. Əvvəllcə onun vəziyyətinin ağır olduğu bildirilmişdi.
Qurban Bayramı münasibəti ilə onu qarşılamağa gələn qonaqlarla görüşə çıxarkən partlayış törədilib.
Mənbənin məlumatına əsasən, bu əyalətdə gizli silahlı təşkilatlar, o cümlədən Pakistan talibləri fəaliyyət göstərir