Pakistan “Taliban” liderini azadlığa buraxdı
21 sentyabr 2013 13:36 (UTC +04:00)

Pakistan “Taliban” liderini azadlığa buraxdı

Sentyabrın 20-də Pakistan hakimiyyəti Əfqanıstandakı “Taliban” hərəkatında statusuna görə ikinci şəxs olmuş Molla Əbdul Qəni Baradarı azadlığa buraxıb.

 

Lent.az-ın “Frans-press” agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan xüsusi xidmət orqanları Molla Əbdul Qəni Baradarı 2010-cu ilin yazında Kvetta şəhərində həbs edib.

 

Molla Əbdul Qəni Baradar indiyə qədər Pakistanda həbsxanada saxlanılıb. Əfqanıstan hakimiyyəti “Taliban”ın ikinci şəxsinin ekstradisiyasına çalışsa da, buna nail ola bilməyib. Rəsmi İslamabadın bu addımı Əfqanıstandakı Həmid Kərzai hökumətinin ciddi narazılığına səbəb olub. Bundan əvvəl Pakistan hökuməti “Taliban”ın 26 səhra komandirini də azadlığa buraxıb. Pakistan koalisiya qoşunları 2014-cü ildə Əfqanıstanı tərk edəndən sonra bu ölkədəki siyasi proseslərdə əsas rol oynamağı qarşısına məqsəd qoyub. Bu isə hazırda ölkədə koalisiya qoşunlarının olmasına baxmayaraq, faktiki olaraq ölkənin böyük hissəsinə nəzarət edən “Taliban”la dil tapmadan mümkün deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar