Hindistanın Harian ştatında 4 nəfər həbs olunub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar valideynlərinin etirazına baxmayaraq evlənmək istəyən iki gəncin ölümündə şübhəli bilinirlər.
Qatillər 20 yaşlı qızı ölənədək döyüb, 23 yaşlı oğlanın isə başını kəsiblər.
Həbs olunanlar arasında qızın valideynləri də var.
Məlumata əsasən, cütlük öncə Dehliyə qaçıb, valideynləri onlara zərər yetirməyəcəklərini bildirdikdən sonra qızla oğlan geri dönüb.
Ehtimal edilir ki, gənclərin ailə qurmalarının əngəllənməsinə səbəb qızın ailəsi ilə oğlanınkı arasında kasta fərqidir. Bu adət Hindistanın şimalında hələ də mövcuddur.