Rusiya DİN-i Moskva sakinin rezonanslı qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun saxlanılmasına kömək edənə vəd etdiyi 1 milyon rublu onun kirayədə yaşadığı evin sahibinə veriləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin nümayəndəsinin açıqlamasında deyilir.
“DİN-in Moskva üzrə Baş İdarəsinin rəisi Anatoliy Yakunin mükafatın vətəndaşa verilməsi ilə bağlı bütün lazımi sənədləri Rusiyanın daxili işlər nazirinə təqdim edəcək”, deyə mənbə bildirib.