Braziliyalı milyonçu sahibkar Skarpa öz Facebook profilində Misir fironlarının yoluyla gedərək bahalı əşyalardan biri ilə dəfn olunmaq niyyətində olduğunu yazıb. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Həmin bahalı əşya onun yeni “Bentley”idir. Skarpa paylaşdığı bu statusu ilə ölümündən sonra da öz avtomobilindən istifadə etmək niyyətində olduğunu yazıb. Skarpa qeyd edib ki, onda maşının basdırılması düşüncəsi özləri ilə bahalı əşyaları dəfn etdirən Misir fironları haqqında filmə baxdıqdan sonra formalaşıb. Braziliyalı dəfn etmə haqqında mesajından sonra yazdığı statusla 6 min “like” qazana bilib və yumor hədəfinə çevrilib. Milyonçu 310 min funtluq maşınını sentyabrın 21-də dəfn etmək niyyətindədir. Ətrafındakı insanları dəfn etmə mərasiminə dəvət edən braziliyalının bu statusu dünyanın bir çox ölkələrində sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.