Suriyada vəziyyətin nizamlanması üçün ABŞ diplomatik və hərbi addımların atılması hüququnu öz üzərində saxlayır, lakin problemi beynəlxalq ictimaiyyətlə birgə həll etmək niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla aparılan danışıqlardan sonra mətbuat konfransında bəyan edib.
“Mən əlavə tədbirlərin - həm diplomatik, həm də hərbi tədbirlərin görülməsi üçün imkanların olduğunu güman edirəm, çünki Suriyada kimyəvi silahın olması bizim və həmçinin bizim müttəfiqlərimizin və qonşularımızın təhlükəsizliyinə təhlükə yaradır. Lakin bu beynəlxalq problemdir və mən bütün maraqlı tərəflərlə işi davam etməyə ümid edirəm”, deyə B.Obama qeyd edib.