ABŞ prezidenti Barak Obama bu gün Konqresin hər iki palatasında razılaşdırılmış qanun layihəsini imzalayıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, razılaşma gələn il yanvarın 15-dək hökumətin müvəqqəti maliyyələşdirilməsini və beləliklə 2014-cü il fevralın 7-dək dövlət borcunun yüksəldilməsini nəzərdə tutur.
Bu müddət ərzində Barak Obama administrasiyası və Konqresdəki müxalif respublikaçılar arasında 2014-cü ilin büdcəsinin parametrləri ilə bağlı danışıqlar davam etdiriləcək. Bu istiqamətdə danışıqlar oktyabrın 1-dən başlayıb.
Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasından sonra Senat da dünən axşam ölkədə defoltdan qaçmaq üçün dövlət borcunun artırılması və hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini bəyənib. Senatorların 285-i qanun layihəsinin lehinə, 144-ü əleyhinə səs verib.