ABŞ prezidenti Barak Obama dövlət müəssisələrinin maliyyələşməsi ilə bağlı amerikalılardan üzr istəyərək, respublikaçı rəqiblərini suçlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib: «Baş verənlərdən amerikalıların yorulduğunu bilirəm. Bu çətinliyi çəkdiyiniz üçün sizdən üzrə istəyirəm. GÖrünür. Hər üç aydan bir bu baş verir. Allaha da bəllidir ki, bundan mən də yorulmuşam»-deyə, prezident əlavə edib.
Onun fikrincə, respublikaçılar konstruktiv mövqe tutmayıb:«Onlar büdcənin qəbul edilməməsi və defolt hədəsi ilə istəklərinin təmin olunmasını tələb edir. Danışıqlarda insanları girov saxlamaqla istədiyinizin təmin olunması qarşılığında ödəniş tələb etmək yolverilməzdir».