Bu il fizika üzrə Nobel mükafatının sahibləri Tanrı hissəciklərinin mövcudluğunu bəyan edən belçikalı François Englert və ingiltərəli Peter Higgs olub.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Nobel Komitəsi açıqlayıb.
François Englert və Peter Higgs 1 milyon 250 min dollar mükafatı bölüşəcəklər. Higgs Bozon nəzəriyyəsinə əsasən dünyanın yaranmasında Tanrı hissəcikləri əsas yer tutur.
Qeyd edək ki, dünən tibb üzrə Nobel mükafatına layiq görülənlərin adları açıqlanıb. Tibb sahəsində bu mükafata hüceyrə sahəsində araşdırmalarına görə ABŞ ailimləri James Rothman, Randy Şekman ilə almaniyalı Tomas Sudhof layiq görülüblər.