İranın informasiya və telekommunikasiya texnologiyaları naziri Mahmud Vaizi bildirib ki, hökumətin «Facebook» və «Twitter»-ə qoyulan məhdudiyyəti aradan qaldırmaq planı yoxdur.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, o, deyib: ««Facebook» və «Twitter» kimi saytlara tətbiq edilən yasağın aradan qaldırılacağına inanmıram».
Xatırladaq ki, ölkə prezidenti Həsən Ruhani İran vətəndaşlarının dünya sosial şəbəkələrinə daxil olma haqqının olduğu haqda bəyanat vermişdi.
Qeyd edək ki, İran hökuməti 2009-cu ildə keçirilmiş prezident seçkisindən sonra ölkədəki kütləvi etiraz aksiyalarından sonra «Facebook»a qadağa qoyub.