İrandakı hakimiyyətinin müxalifəti Tehranın atom-nüvə mərkəzi barəsində yeni açıqlama ilə çıxış edib.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, xaricdə fəaliyyət göstərən İran Milli Müqavimət Şurası bildirib ki, dünya liderləri ilə danışıqlardan öncə hakimiyyət nüvə araşdırma mərkəzini yeni yerə köçürür.
Mərkəzi Parisdə yerləşən şura bəyanatına əsasən, İran rəhbərliyi nüvə avadanlığını indiki yerində 1,5 km aralı, Müdafiə Nazirliyinin Tehrandakı kompleksinə daşıyır.
Şuranın məlumatına əsasən, mərkəzdə yüzə yaxın mühəndis və araşdırmaçı işləyir: « Onlar radioaktiv materialların sınağını keçirir, nüvə silahının əldə edilməsi proqrammı ilə məşğuldur».