Müşərrəfi yenə həbs ediblər
11 oktyabr 2013 04:57 (UTC +04:00)

Müşərrəfi yenə həbs ediblər

Oktyabrın 10-da Pakistan hakimiyyəti ölkənin keçmiş prezidenti, general Pərviz Müşərrəfi yenidən həbs edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir gün öncə Ali məhkəmə onu girov qarşılığında zaminə buraxmışdı.

 

Mənbə bildirib ki, P.Müşərrəf Bəlücistan əyalətinin 2006-cı ildə qətlə yetirilmiş milli lideri Əkbər Buqtinin işi ilə bağlı girov qarşılığında müvəqqəti azad edilmişdi.

 

Bu yaxınlarda onun vəkili bildirmişdi ki, keçmiş prezident bir sıra  formal qaydalardan sonra ölkəni tərk edib , xaricə gedə bilər. Ancaq oktyabrın 10-da o, «Lal məscid» qətlə yetirilmişlərin işi ilə bağlı yenidən tutulub.

 

Bu vaxtadək Müşərrəf İslamabad yaxınlığındakı özünü  Çak Şahzad adlı iqamətgahında ev dustağı edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar