Mursinin keçmiş köməkçisinin oğlu da tutulub
18 sentyabr 2013 05:33 (UTC +04:00)

Mursinin keçmiş köməkçisinin oğlu da tutulub

Misirdə “Müsəlman qardaşlar”ın rəsmi nümayəndəsi həbs olunub

 

Sentyabrın 17-də Misir polisi «Müsəlman qardaşları» hərəkatının mətbuat katibi Cihad əl-Həddadı həbs edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu xəbəri «əl-Cəzirə» telekanalı yayıb.

 

Mənbə bildirib ki, aksiya iştirakçılarının qətlində ittiham olunan əl-Həddadla birlikdə qəragahın rəhbəri, «Müsəlman qardaşları» hərəkatı sədrinin müavini Heyrət əl-Şatır da saxlanılıb.

 

Cihad əl –Həddad həm də devrilmiş prezident Məhəmməd Mursinin köməkçisi Esma əl-Həddadın oğludur.

 

Misir məhkəməsi hərəkatın yüksək vəzifəli 25 liderinin bank hesablarının dondurulması ilə bağlı prokurorluğun sanksiyasının təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Oxşar yazılar