Mursi ilk dəfə ailəsi ilə danışdı
20 sentyabr 2013 11:58 (UTC +04:00)

Mursi ilk dəfə ailəsi ilə danışdı

Misirin devrilmiş prezidenti Məhəməmd Mursi ilk dəfə telefonla ailəsi ilə danışıb.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, məhbəsdə olan Məhəmməd Mursi həyat yoldaşı və övladları ilə danışıb, sağlıq durumunun yaxşı vəziyyətdə olduğunu bildirib.

 

Qeyd edək ki, Misir ordusu Məhəmməd Mursini bu il iyulun 3-də devirib. İndiyə qədər sabiq prezidentin harada saxlanıldığı bilinmir. Bu vaxt ərzində Məhəmməd Mursi ilə yalnız Avropa Birliyi və Afrika Birliyinin təmsilçiləri görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar