Mübarək: “Qiyamət Günü Müharibəsini mən başladım...”
20 sentyabr 2013 16:07 (UTC +04:00)

Mübarək: “Qiyamət Günü Müharibəsini mən başladım...”

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin Tora həbsxanasında olarkən məhbuslarla söhbətinin mətni yayılıb.

 

Lent.az-ın Misirin “Al-Youm Sabaa” qəzetinə istinadən verdiyi məlumata görə, Hüsnü Mübarək Qiyamət Günü Müharibəsini şəxsən özünün başladığını söyləyib.

 

Hüsnü Mübarək deyib ki, müharibə tarixçilərin yazdıqlarından 6 dəqiqə əvvəl başlayıb. Tarix kitablarında 1973-cü il 6 oktyabr saat 2:00 radələrində Misir Hərbi Hava Qüvvələrinin 200 qırıcı təyyarənin qəfil hücumu ilə İsraillə Misir arasında müharibənin başladığı yazılıb. Hücum zamanı İsrail Hərbi Hava Qüvvələrinin üç hərbi bazasına, ballistik raket, artilleriya batareyası və radarlar yerləşdirilən mövqelərinə zərbələr endirilib.

 

Həmin dövrdə Misir Hərbi Qüvvələrinin komandanı olan Hüsnü Mübarək bildirib ki, 1973-cü il 6 oktyabr saat 1:54 radələrində özünün idarə etdiyi qırıcı təyyarə İsrailin kommunikasiya bazasını bombalayıb. Bu barədə yalnız Misir prezidenti Ənvər Sədat və başqa iki nəfər məlumatlı olub. O, Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfatın  Misirin mümkün hücumu barədə israilliləri məlumatlandırdığını da qeyd edib.

 

Hüsnu Mübarək İsrailin 2005-ci ildə Qəzza sektoru ilə bağlı irəli sürdüyü planı da açıqlayıb:  “İsrailin baş naziri Binyamin Netenyahu mənə Qəzza sakinlərinin Sinay yarımadasına köçürülməsi planını təklif etdi. Amerikalılar isə 2005-ci ildə Misirdə hakimiyyəti dəyişmək üçün “inqilab ssenarisi” hazırlamışdılar...”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Oxşar yazılar