APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsindən bildirilib.
Orxan Zeynalov müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
19.05
Moskvada Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan 31 yaşlı Orxan Zeynalovun Şəmkir rayon sakini olduğu məlum olub. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov Moskvada yaşayan jurnalist Tünzalə Vəliqızına bildirib. Məlumata görə, O. Zeynalov 3 ildir ki, Rusiya paytaxtında yaşayır və o Şəmkir rayonunun Seyfəli kənd sakinidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun Moskva ətrafı vilayətdə saxlanıldığı bildirilib.
Rusiya Təhqiqat Komitəsi 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.