Moskvada bir yerdə quldurluq edən azərbaycanlı və ermənilər həbs edilib. Lent.az-ın “Komsomolskaya pravda”ya istindən verdiyi məlumata görə, paytaxtın Şukinski rayonunun Raspletina küçəsindəki mənzillərin birinə soxulan 26 yaşlı azərbaycanlı Emin Hüseynov və ermənilər, 26 yaşlı Aqvan Martirosyan və 28 yaşlı Yevorq Tonoyan sahibkar Dmitri Yefimovu qarət ediblər.
Yefimovdan aldıqları bank kartının kodunu öyrəndikdən sonra bankomatdan 300 min rubl pul çıxaran quldurlar uzağa gedə bilməyiblər
Polis onların izinə düşüb. Dəstə üzvləri həbs ediliblər. Hazırda dəstənin daha bir üzvü axtarılır.