Moskvanın cənub-şərqində yük qatarı betonqarışdıran maşınla toqquşub.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, olay oktyabrın 17-də gecə saatlarında baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, vaqonlardan bir relsdən çıxıb.
Xatırladaq ki, oktyabrın 16-da axşam saatların Belarus istiqamətində hərəkət edən «Testov» stansiyasının 50 metrliyində Moskva dəmiryoluna Aid avtokran körpüdən elektrik qatarının üstünə düşüb. Bu olay nəticəsində maşinist yaralanıb.